Ulu Öndərimiz Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz
bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə,
Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” deyimi artıq reallığa çevrildi.
Ulu Öndərimiz Heydər Əliyev dünya miqyaslı siyasi xadim, təcrübəli
və qətiyyətli dövlət rəhbəri olmaqla yanaşı, milli və mənəvi dəyərlərimizə
bağlı, xalqını sevən və xalqımız tərəfindən sevilən fenomen şəxsiyyət idi. İstər
1969-1982-ci illərdə, istərsə də 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik
etdiyi dönəmlərdə iqdisadi, sosial, siyasi, hərbi və diğər sahələrlə yanaşı,
milli və mənəvi dəyərlərimizə olduqca həssaslıqla yanaşaraq, milli
bayramlarımızın, o cümlədən əsrlərdən bəri xalqımızın qan yaddaşlarından
süzülüb gələn Novruz bayramının ən yüksək səviyyədə qeyd edilməsinə xüsusi
həssaslıq nümayiş etdirmiş və hər il Novruz şənliklərinin iştirakçısı olmuş, özünün
şən zarafatları ilə xalqımızın ovqatını yüksəldərək milli köklərimizə
bağlılığımızı artırmağa nail olmuşdur. Ulu Öndərimiz Heydər Əliyev olduqca
zəhmli və ciddi dövlət xadimi olmasına baxmayaraq, xalqla təmasını heç vaxt
kəsməmiş, açıq xalq kütlələrinin içərisində olmağı, onları dinləməyi, xalqımızın
bəd günündə, də şad günündə də bir arada olmağı bacaran nadir dövlət
rəhbərlərindən biri kimi daim insanların hafizəsində nurlu bir şəxsiyyət kimi
yaşayacaqdır. Ulu Öndərimizin müqəddəs ruhu qarşısında baş əyir, məkanı cənnət
olsun deyirəm.
Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə,
xalqımızın təkidli tələbi ilə o dövrkü siyasi hakimiyyətin yarıtmaz fəalliyyəti
nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin
yarandığı,vətandaş müharibəsinin reallığa çevrildiyi bir dönəmdə xalqımızı və
dövlətimizi düçar edildiyi bəlalardan xilas etmək üçün gəldi və qısa müddətdə
özünün qətiyyəti, böyük dövlətçilik təcrübəsi, beynalxalq aləmdə malik olduğu
nüfuzu və xalqla birliyi sayəsində qeyd olunan təhlükələri aradan qaldıra
bildi.
Xalqınmızın tarixinə qanlı həriflərlə yazılmış 20 Yanvar
faciəsinə və Xocalı soyqırımına parlament səviyyəsində hüquqi-siyasi qiymət
verilməsinə nail oldu. Millətimizin “mənəvi şikəst” olmuş övladları olan qaçqın
və məcburi köçkünləri respubilkanın bir nömrəli vətandaşı səviyyəsinə
yüksəltməklə həmin insanlara münasibəti kökündən dəyişdi, vaxtaşırı onlarla
görüşdü, dərdlərinə şərik oldu, qayğılarını dinlədi, imkan daxilində qaçqın və
məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair qərarlar qəbul
etdi. Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasəti haqqında
həqiqətləri dünyaya çatdırmaq üçün Azərbaycana səfərə gəlmiş bütün xarici
dövlətlərin nümayəndələri ilə qaçqın və məcburi köçkünlərin müvəqqəti
məskunlaşdıqları yerlərdə görüşləri təşkil etdi.
Respubilkada mövcud olan ictimai-siyasi və hərbi vəziyyətlə bağlı
gərgin iş rejiminə baxmayaraq, Ulu Öndərimiz 1994-cü ildə Novruz bayramını
Xocalıdan olan hər iki valideynlərini itirmiş 25 uşaqla, Qurban bayramını isə, “Qızıl-qum”
sanatoriyasında müvvəqəti məskunlaşmış Xocalı rayonundan olan məcburi
köçkünlərlə birlikdə keçirdi.
Milli bayramlarımızın işğal altında olan qədim yurd yerlərimizdə
keçiriləcəyini əminliklə ifadə etməklə, Ulu Öndərimiz xalqımızın gələcəyə olan
inamını artırmaqla ruh düşkünlüyündən xilas etməyə yönəlik siyasət aparırdı və apardığı
məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad edəcəyinə əmin
idi. Məhz bu səbəbdən “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o
bir il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.
Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu
inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd
edirdi. Ulu Öndərimiz Heydər Əliyevin zamanında dedikləri artıq reallıqdır.
Ulu Öndərimiz Heydər Əliyevin müyyənləşdirdiyi siyasi kursu
uğurla davam etdirən Cənab Prezdentimiz İlham Əliyevin bütün sahələrdə, o
cümlədən ordu quruculuğunda apardığı ardıcıl siyasət, xalq-iqtidar birliyi
milli arzu və isdəklərimizi 44 günlük Vətən müharibəsi nəticəsində reallaşdırıldı.
Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu və
xalqımızın zədələnmiş milli qururu bərpa edildi. Xalqımız diğər tədbirlərlə
yanaşı milli bayramımızı, o cümlədən Novruz bayramın Şuşada və diğər işğaldan
azad olunmuş ərazilərdə qeyd edilir. Artıq ikinci Novruz tonqalları işğaldan
azad edilmiş ərazilərdə qalanır. Əminəm ki, bir daha Vətənimizin heç bir
yerində Novruz tonqalları sönməyəcək. İlbəil bu tonqalların sayı artacaq və
alovu daha yüksəklərə ucalacaq.
Xalqımıza bu sevincli anları və illəri yaşadan Cənab
Prezdentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev başda
olmaqla bütün xalqımızı İlaxır çərşənbəsi və Novruz bayramı münasibətlə təbrik
edir, uca millətimizə daim bayramlar içərisində yaşamağı arzulayıram.
Novruz Bayramımız Mübarək!
Vahid ƏLİYEV,YAP Xocalı rayon təşkilatının sədri